ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının nüvə qüvvələrinin hazırlığını yoxlamaq üçün “Global Thunder 23” illik təlimi aprel ayında keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, təlimlər aprelin 11-də başlayacaq.
Bu cür yoxlamaların hər il həyata keçirildiyi və digər ölkələrin hərəkətlərinə cavab olmadığı vurğulanır.
Təlimlərin əsas məqsədi nüvə qüvvələrinin hazırlığının artırılmasını qiymətləndirməkdir. Bundan əlavə, ABŞ-ın əsas müttəfiqləri, o cümlədən Britaniya hazırlıq testində iştirak edəcək.