ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutulub

00:02 - 11 Aprel 2023 - DÜNYA

Suriyanın şimal-şərqində ABŞ-ın hərbi dəstək məntəqəsi raket atəşinə tutulub

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, tələfat və dağıntı yoxdur.

Bildirilir ki, Suriyanın şimal-şərqindəki Konoko dəstək bazasına koalisiya qüvvələrinə uğursuz raket atılıb. Daha bir raket yerində tapılıb. Xəsarət alan olmayıb. Nəticədə koalisiya qüvvələrinin bazasına və əmlakına heç bir ziyan dəyməyib.

Xəbər xətti