Putinin Türkiyəyə və ya Ərdoğanın Moskvaya səfəri planlaşdırılmır - Çavuşoğlu

19:15 - 10 Aprel 2023 - DÜNYA

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərləri və ya Türkiyə lideri Rəəb Tayyib Ərdoğanın Moskvaya səfərləri hələ planlaşdırılmayıb.

Ucnoqta.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber” telekanalının efirində deyib. Mövlud Çavuşoğlu ölkəsinin prezidentinin fəal diplomatiya ilə məşğul olduğunu bildirib:

"Hazırda Putinin Türkiyəyə və ya Ərdoğanın Moskvaya səfəri ilə bağlı heç bir plan yoxdur. Bununla belə, prezidentimiz aktiv diplomatiya aparır. O, Putinlə aktiv telefon danışıqları aparır, həmçinin Ukrayna prezidenti Volodimir Zelenski ilə əlaqə saxlayır", - nazir deyib.

Xəbər xətti