Ukrayna Rusiya ilə iki müqaviləni pozdu

19:01 - 10 Aprel 2023 - DÜNYA

Ukrayna Ali Radası dövlət sərhədinin keçməsi və nəqliyyat tarifləri sahəsində Rusiya ilə razılaşmadan çıxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Radanın deputatı Yaroslav Jeleznyak məlumat verib.

Məlumata görə, 288 deputat nəqliyyat tariflərinin müəyyən edilməsində Rusiya Federasiyası ilə razılaşdırılmış siyasətin aparılması haqqında sazişdən çıxmağın lehinə səs verib. Həmçinin 283 deputat sərhədyanı rayonların sakinlərinin dövlət sərhədini keçməsi qaydası haqqında sazişə xitam verilməsinə səs verib. Müqavilə iki ölkənin sərhədyanı rayonlarının sakinlərinin sadələşdirilmiş sərhədi keçməsini nəzərdə tuturdu.

Rada Ukraynanın MDB məkanında birgə antiterror tədbirlərinin təşkili və keçirilməsi qaydası haqqında Əsasnaməni təsdiq edən protokoldan çıxmasına da səs verib.

Xəbər xətti