İraqda partlayıcı qurğusu olan PUA qəzaya uğrayıb

16:38 - 10 Aprel 2023 - DÜNYA

İraqın şimalında yerləşən Dahuk əyalətində bomba yüklü pilotsuz təyyarə qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə SHAFAQ News portalı təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Dahukun şimalındakı kəndlərdən birində baş verib. İraq hərbçiləri qəzaya uğrayan PUA-nın haradan gəldiyini və hara doğru getdiyini öyrənmək üçün hadisə yerində işləyir. PUA-nın düşməsinin səbəbləri barədə məlumat verilməyib.

Xəbər xətti