Çin silahlı qüvvələri Tayvan adası ətrafında hərbi təlimləri başa çatdırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun döyüş komandanlığının Şərq zonası üzrə rəsmi nümayəndəsi Şi Yi bildirib.
Qeyd olunur ki, təlimlər zamanı Çin qoşunları əsl hərbi münaqişədə müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyət bacarıqlarını nümayiş etdiriblər.