Filippin və ABŞ tarixində ən böyük birgə hərbi təlim keçirəcək

13:13 - 10 Aprel 2023 - DÜNYA

Filippin və ABŞ Çinin Tayvan boğazında hərbi aktivliyi fonunda aprelin 11-də iki ölkə tarixində ən böyük birgə təlim keçirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi “The Star” qəzeti məlumat yayıb.

Məlumata görə, təlimlərə 17 mindən çox hərbçi cəlb olunacaq - 5 min filippinli, 12 min amerikalı və 111 avstraliyalı. Bildirilir ki, bu il iştirakçıların sayı keçən illə müqayisədə təxminən iki dəfə çoxdur. Həmçinin, təlimlər geniş ərazini əhatə edəcək. ABŞ-Filipin təlimlərinin Çin manevrləri tamamlandıqdan sonra baş tutacağını vurğulayır.

Çin Xalq Azadlıq Ordusunun Şərq Döyüş Komandanlığı aprelin 8-10-da Tayvan boğazında, eləcə də adanın şimal, cənub və şərqindəki sularda təlimlər keçirilməsi barədə məlumat yaymışdı. 

Emin

Xəbər xətti