Hindistan Böyük Britaniya ilə ticarət danışıqlarını dayandırıb
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. Məlumata görə, Hindistan hakimiyyəti Pəncab əyalətinin Hindistandan ayrılmasını müdafiə edən separatçı qrupu qınamaqdan imtina etdiyi üçün Böyük Britaniya ilə ticarət danışıqlarını davam etdirməkdən imtina edib.
Mart ayında sikh separatçıları Hindistanın Londondakı səfirliyinə soxularaq Hindistan bayrağını cırıblar. Britaniya səlahiyyətliləri hücumu qınadı, lakin onun arxasında duran təşkilat yox. “The Times” qəzetinin yazdığına görə, Böyük Britaniyanın Daxili İşlər Nazirliyi yaxın həftələrdə məsələ ilə bağlı rəsmi açıqlama yaymağı və separatçı sikh qruplarına qarşı bir növ əməliyyat keçirməyi planlaşdırır.
Emin