Tehranda yaşayış binasında partlayış - 7 nəfər xəsarət alıb

11:49 - 10 Aprel 2023 - DÜNYA

Tehranda yaşayış binasının uçması nəticəsində azı 7 nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tasnim agentliyi şəhərin xilasetmə xidmətinin rəhbərinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə bazar günü axşam saatlarında qaz partlayışı nəticəsində baş verib. Xilasedicilər 7 nəfəri binanın dağıntıları altından çıxarıb, xəstəxanaya yerləşdirib.

Xəbər xətti