ABŞ Ukrayna prezidenti Zelenskinin görüşlərini dinləyib - KİV

11:27 - 10 Aprel 2023 - DÜNYA

ABŞ Ukrayna prezidenti Vladimir Zelenskinin keçirdiyi görüşləri dinləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə CNN Pentaqondan “sızan” sənədlərə istinadən yazır.

Kanalın ABŞ ordusunun “sızmasından” əldə etdiyi məlumata görə, fevralın sonunda Zelenski pilotsuz uçuş aparatlarından istifadə etməklə Rostov vilayətində rus qoşunlarının yerləşdirildiyi yerlərə zərbələr endirməyi təklif edib.

Nəşrin müəllifləri belə hesab edirlər ki, ABŞ Kiyevin Rusiya ərazisinə zərbələr endirmək üçün onlardan istifadə edəcəyindən ehtiyat edərək, məhz buna görə də ABŞ-ın Ukraynaya uzaqmənzilli raket sistemləri vermək istəmir.

Xəbər xətti