Rusiya silahlı qüvvələri Ukraynada daha 670 itki verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bununla da Rusiya ordusunun canlı qüvvə itkilərinin ümumi sayı 178820-yə çatıb.
Həmçinin, ötən gün Rusiya ordusu 1 tank, 4 zirehli texnika, 10 artilleriya sistemi, 1 MLRS, 11 PUA, 5 nəqliyyat vasitəsi, 2 xüsusi texnika itirib.