Fransanın Alp dağlarında qar uçqunu nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, qar uçqunu Armancette buzlaqına düşüb.
Məlumata görə, uçqun geniş olub və onun səbəbləri hələ də müəyyən edilir. İnsanlar dağlarda xizək sürərkən qar uçqunu baş verib. Ölənlərin şəxsiyyəti araşdırılır.