Yaponiya Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək

08:12 - 10 Aprel 2023 - DÜNYA

Yaponiya hökuməti Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmaqda davam edəcək

Ucnoqta.az xəbər verir ki, bu barədə mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib. Baş katib eyni zamanda Ukraynaya dəstəyi gücləndiriləcəyini qeyd edib.
“Beynəlxalq nizamı qorumaq üçün G7-nin sədri və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Yaponiya beynəlxalq ictimaiyyətlə, ilk növbədə G7 ilə sıx əməkdaşlıq edərək Rusiya Federasiyasına qarşı sərt sanksiyaları gücləndirməyə və Ukraynaya dəstəyə davam edəcək”, - deyə o bildirib.

Yaponiyanın Ukraynadakı vəziyyətə görə bir neçə mərhələdə tətbiq etdiyi sanksiyalar artıq Rusiyadan olan 1000-ə yaxın insan və 100-ə yaxın təşkilatı əhatə edir. Bundan başqa, “Alfa-Bank”, “VTB”, “VEB.RF”, “Novikombank”, “Otkritie Bank”, “Promsvyazbank”, “Rossiya Bank”, “Sberbank”, “Sovcombank”, həmçinin 40-a yaxın digər təşkilat və şirkətlərin aktivləri dondurulub.

Yaponiya həmçinin ixracı qadağan edilən mal və texnologiyaların siyahısını təsdiqləyib, onun tərkibində artıq 800-ə yaxın ad var.

Xəbər xətti