Avropa İttifaqı (Aİ) apreldə Rusiyaya qarşı 11-ci sanksiyalar paketini qəbul edə bilər
Ucnoqta.az xəbər verir ki, Aİ-nin Rusiya ilə əlaqələr üzrə nümayəndə heyətinin üzvü, Xorvatiyadan olan deputat İvan Vilibor Sinçiç “İzvestiya” qəzetinə açıqlamasında Aİ-nin 11-ci sanksiyalar paketini nə vaxt tətbiq edə biləcəyini deyib.
O qeyd edib ki, aprelin sonuna kimi yeni məhdudiyyətlər gözləmək olar. Bu qənaətə parlamentari Avropa İttifaqının qərarlarının keçmiş dinamikasına əsaslanaraq gəlib.
Öz növbəsində Estoniyanın xarici işlər naziri Urmas Reinsalu qeyd edib ki, yeni məhdudiyyətlər daha çox rusiyalı sahibkarlara təsir edəcək.
Həmçinin, Almaniya parlamentinin deputatı Qunnar Bek Aİ-nin bu həftə tədbirlər görəcəyini etiraf edib.