Tbilisidə mitinq keçirilir

20:36 - 9 Aprel 2023 - DÜNYA

Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyası Tbilisidə ölkənin hökumət binası qarşısında hazırkı hakimiyyətə qarşı etiraz aksiyası keçirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sputnik Gürcüstan xəbər verir.

Qeyd olunur ki, Tbilisinin Rustaveli prospekti bağlanıb. İştirakçılar əllərində Gürcüstan və Avropa İttifaqının bayraqlarını tutublar.

Etiraz aksiyasının təşkilatçıları hakimiyyətdən Avropa Komissiyasının 12 tövsiyəsinin yerinə yetirilməsini, “Mtavari Arkhi” telekanalının baş direktoru Nika Qvaramiyanın və Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin, habelə aksiyanın iştirakçısının azadlığa buraxılmasını tələb edirlər. 

Onlar həm də xarici siyasət vektorunu Rusiya ilə yaxınlaşma lehinə dəyişməyə cəhd etdiyinə görə rəhbərliyi qınayırlar.

Xəbər xətti