NASA "görünməz canavar" adlandırdığı yeni qara dəlik tapıb

06:01 - 9 Aprel 2023 - DÜNYA

ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi (NASA) qalaktikalararası kosmosda çox sürətlə hərəkət edən "görünməz canavar" kimi xarakterizə etdiyi yeni qara dəliyin kəşf edildiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, NASA-nın verdiyi açıqlamada Hubble Kosmik Teleskopu tərəfindən təsadüfən aşkar edilən qara dəliyin qalaktikalar arasında böyük sürətlə dolaşdığı bildirilib.

“Görünməz canavar” olaraq xarakterizə edilən qara dəliyin Yerlə Ay arasında 14 dəqiqəyə səyahət edəcək qədər sürətlə hərəkət etdiyi və 20 milyon günəşi çəkəcək qədər superkütlə olduğu qeyd edilib.

Qara dəliyin arxasında Samanyolu qalaktikasının diametrindən iki dəfə böyük və görünməmiş 200.000 işıq ili uzunluğunda yeni doğulmuş ulduzların izini buraxdığı bildirilib.

ABŞ-ın Yale Universitetindən Piter van Dokkum Hubble teleskopunun görüntüsündə yaxınlıqdakı cırtdan qalaktikada ulduz çoxluqlarını skan edərkən, kosmik şüa olduğunu düşündüyü kiçik bir xətt gördüklərini və kosmik şüaları aradan qaldırdıqda, qara dəliyin izini tapdıqlarını bildirib. 

Xəbər xətti