Sunak və Baydenin Şimali İrlandiyada görüşəcəyi tarix açıqlanıb

05:13 - 9 Aprel 2023 - DÜNYA

Böyük Britaniyanın Baş naziri Rişi Sunak aprelin 11-də Şimali İrlandiyada ABŞ prezidenti Co Baydenlə görüşəcək

Ucnoqta.az xəbər verir ki, görüş tarixini Daily Mail açıqlayıb. Böyük Britaniyanın baş naziri Rişi Sunak aprelin 11-də Belfastda ABŞ prezidenti Co Baydenlə görüşəcək.

Məlumata görə, ABŞ liderinin səfəri Şimali İrlandiyada illərlə davam edən silahlı qarşıdurmaya son qoyan Belfast sazişinin imzalanmasının 25-ci ildönümünə təsadüf edir.

Xəbər xətti