Amerikalı sahibkar Elon Mask 8 aprel tarixində Çinə səfər edəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb. Məlumata görə, o, Şanxaydakı Tesla fabrikini ziyarət edəcək.
Səfər rəsmi olaraq elan edilməyib, ona görə də mənbələr planların dəyişə biləcəyini qeyd edib. Bildirilir ki, Maskı aprel ayında Teslanın avtomobillər üzrə baş vitse-prezidenti təyin edilmiş Tom Zhu müşayiət edəcək.