Aprelin 4-dən aprelin 7-dək KXDR nüvə silahı daşıya bilən “Haeil 2” strateji sualtı silahının sınağını keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə şənbə günü Yonhap Xəbər Agentliyi Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən məlumat yayıb.
Məlumata görə, pilotsuz aparat 71 saat 6 dəqiqə ərzində 1000 km məsafəni qət edərək “elliptik və səkkizbucaqlı” marşrutlar üzrə hərəkət edib və maket nüvə yükünü partladıb.
Qeyd olunur ki, sınaq zamanı sistemin etibarlılığı və onun “ölümcül potensialı” təsdiqlənib.