Mətanət İsgəndərli yenidən plastik əməliyyat etdirəcək

16:09 - 7 Aprel 2023 - MAQAZİN

Əməkdar artist Mətanət İsgəndərli "Günün sədası" verilişində qonaq olub.

Müğənni verilişdə artıq çəkisinin səhhətinə vurduğu mənfi təsirlərdən söhbət açıb:

"Verilişə baxanda özümdən xoşum gəlir. Kökələndə öldürürdülər məni. "Ay gombul" kimi şərhlər yazırdılar. Amma çoxları da deyirdi ki, biz sizi elə sevirdik. Amma mən özümü o cür sevmirdim. Axır vaxtlar çox əziyyət çəkirdim. Zatən kök idim, sonra pandemiya, qolum sındı, atam dünyasını dəyişdi, depressiya, stres... O çəkinin üzərinə 20 kiloqram da gəldi. Gör bu nə deməkdir. 107 kilqrama çıxmışdı çəkim". 

Həmçinin, M.İsgəndərli yenidən plastik əməliyyat etdirəcəyini vurğulayıb:

"Bəli, etdirmək istəyirəm. Üz gərmə, bəzi xırda şeylər var ki, onları etdirəcəyəm. Məhərrəm ayında. Əməliyyat olandan sonra bundan da arıq görünəcəyəm. Bəzi yerlərdə piylər var ki, onları çıxartdıracağam. Hələ kök olan vaxtlarımda getmişdim həkimin yanına, demişdi ki, ən azı 15 kiloqram arıqlayıb elə gəlməlisən. 1 ilə 45 kiloqram çəki atmışam".///unikal

Xəbər xətti