Qırğızıstan və Tacikistan nümayəndələri Bişkekdə növbəti görüş keçiriblər
Ucnoqta.az xəbər verir ki, bu barədə cümə günü Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, görüşdə birgə sərhədin bir hissəsinin demarkasiyası və delimitasiyası məsələləri müzakirə edilib.
Qeyd olunur ki, tərəflərin işi davam etdiriləcək. "Xüsusən də, işçi qrupların növbəti iclasının Tacikistan Respublikası ərazisində keçirilməsi planlaşdırılır", - məlumatda deyilir.