Kral III Çarlz və onun mərhum anası Kraliça II Yelizaveta tanınmış simaların bağışladığı atları sataraq təxminən 2 milyon funt sterlinq qazanıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Guardian yazır.
Məlumata görə, son 15 ildə kraliça II Yelizavetaya ümumilikdə 41 at hədiyyə edilib.
Bukingem Sarayı atların kraliçanın şəxsi hədiyyəsi olduğunu bildirib.
Monarxiyanın hədiyyələrlə bağlı siyasətində “açıq şəkildə qeyd edilir ki, hədiyyələr rəsmi tədbir və ya vəzifə zamanı və ya onunla əlaqədar deyil, kral ailəsinin üzvünün təkbətək tanıdığı insanlar tərəfindən verilirsə, şəxsi hesab edilir”.