ÇXR İsrail və Fələstin arasında gərginlik zonasında vəziyyətin nəzarətdə saxlanılmasını zəruri hesab edir və tərəfləri təmkinli olmağa çağırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə cümə günü Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq brifinq zamanı bildirib.
"Çin bütün tərəfləri, xüsusən də İsraili təmkinli olmağa çağırır və həmçinin onları mövcud ziddiyyətlərin kəskinləşməsinə və vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırır", - Çin Xarici İşlər Nazirliyi bildirib.
Bildirili ki, İsrail və Fələstin arasında gərginlik zonasında vəziyyət nəzarətdə saxlanılmalıdır.