Aprelin 6-da keçirilən “Defender 2023” çoxmillətli təlimi ilə bağlı Pentaqonun saytında verilən məlumatda Ermənistan da iştirakçı ölkələr siyahısına daxil edilmişdi.
Ucnoqta.az xəbər verir ki, lakin bir müddət sonra ABŞ Müdafiə Nazirliyi məlumatı redaktə edib və Ermənistanın adı iştirakçılar siyahısından çıxarılıb.
ER Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib ki, Müdafiə Nazirliyi bu il ABŞ Ordusunun Avropadakı komandanlığı tərəfindən təşkil edilən daha iki hərbi təlimdə iştirak etməyi planlaşdırır: KFOR və Saber Junction.