Yaponiyada 300 mindən çox toyuq məhv ediləcək

11:01 - 7 Aprel 2023 - DÜNYA

Yaponiyanın şimalındakı Hokkaydo adasındakı Çitose şəhərində quş qripi epidemiyası aşkar edilib

Ucnoqta.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı, Meşə Təsərrüfatı və Balıqçılıq Nazirliyi məlumat yayıb. Məlumata görə, quş ölümlərinin artması ilə bağlı araşdırma aparılıb. Testlər quş qripinə müsbət reaksiya göstərib. Genetik analiz yüksək patogen bir ştammın olduğunu təsdiqlənib. Bu, cari mövsümdə 84-cü haldır. Bu səbəbdən 310 min toyuq məhv ediləcək.

“Quş qripi” virusu aşkar edildikdən sonra xəstəlik ocaqlarının aşkar olunduğu təsərrüfat ətrafında 3 kilometrlik zonada toyuq və yumurtaların daşınmasına karantin tətbiq edilib. Toyuq və yumurtaların isə 10 kilometrlik zonadan kənara çıxarılması qadağandır.

Qeyd edək ki, bu mövsüm Yaponiyada 15 milyondan çox ev quşu məhv edilib.

Xəbər xətti