Yaponiya Şimali Koreyaya qarşı sanksiyaları iki il uzadıb

09:09 - 7 Aprel 2023 - DÜNYA

Yaponiya Şimali Koreyaya qarşı sanksiyaları iki il uzadıb

Ucnoqta.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Qeyd olunur ki, sanksiyalar KXDR-in gəmi və gəmilərinin Yaponiya dəniz limanlarından istifadəsini qadağan edir və Şimali Koreya ilə istənilən ixrac və idxal əlaqələrinə qoyulan qadağa qüvvədə qalır.

Məlumata görə, qərar KXDR-in Yapon dənizinə doğru çoxsaylı raket buraxılışları əsasında qəbul edilib - ilkin olaraq sanksiyalar 1970-80-ci ildə Şimali Koreya xüsusi xidmət orqanları tərəfindən oğurlanmış Yaponiya vətəndaşlarının azad edilməsində irəliləyiş olmadığı üçün tətbiq edilib. 

Sanksiyalar 2023-cü il aprelin 13-də başa çatmalı idi.

Xəbər xətti