Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri bu il aprelin 10-da baş tutacaq.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat verib.
"2023-cü il aprelin 10-da Prezident Qasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri baş tutacaq. İki dövlət başçısının dar və geniş tərkibdə görüşləri keçiriləcək. Astanada planlaşdırılır”, - məlumatda deyilir.
Bildirilir ki, danışıqların gündəliyinə Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafının əsas məsələləri daxildir.