Ucnoqta.az
www.ucnoqta.az

İlham Əliyev Qazaxıstana rəsmi səfər edəcək

08:19 - 7 Aprel 2023 tarixində dərc olunub.

Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri bu il aprelin 10-da baş tutacaq.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat verib.

"2023-cü il aprelin 10-da Prezident Qasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri baş tutacaq. İki dövlət başçısının dar və geniş tərkibdə görüşləri keçiriləcək. Astanada planlaşdırılır”, - məlumatda deyilir.

Bildirilir ki, danışıqların gündəliyinə Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafının əsas məsələləri daxildir.

Müəllif: Ucnoqta.az redaksiyası