Çin ABŞ-dakı Taypey missiyasının rəhbərinə qarşı sanksiyalar tətbiq edib

06:09 - 7 Aprel 2023 - DÜNYA

Çin hakimiyyəti Taypeyin Vaşinqtondakı iqtisadi və mədəni nümayəndəliyinin rəhbəri Syao Meyqinə qarşı sanksiyalar tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Tayvan məsələləri üzrə ofisi məlumat yayıb. Sanksiyaya səbəb onun Tayvan məsələsində separatçı mövqetutması olduğu bildirilir.

ÇKP Mərkəzi Komitəsinin ofisindən verilən məlumata görə, Çin hökuməti milli müəssisələrə və fiziki şəxslərə Xiao Meiqin ilə əlaqəli şirkətlərlə əməkdaşlıq etməyi qadağan edir. Məlumata görə, ona qarşı bütün lazımi cəza tədbirlərinin görüləcək.

Xəbər xətti