Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel aprelin ortalarında Pekinə səfər edəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Avropa İttifaqının xarici xidmətinin rəsmi nümayəndəsi Piter Stanonun sözlərinə görə, departament rəhbəri aprelin 13-dən 15-dək Çində rəsmi səfərdə olmalıdır.
Qeyd edildiyi kimi, Borrelin səfəri çox güman ki, yüksək səviyyəli Avropa siyasətçilərinin Pekinə səfərləri silsiləsində sonuncu olacaq.