ABŞ konqresmenləri Tayvana səfər ediblər

22:07 - 6 Aprel 2023 - DÜNYA

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, respublikaçı Maykl Makkalın başçılıq etdiyi bir qrup ABŞ qanunvericisi Tayvana gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə CBS məlumat yayıb. Səfər zamanı nümayəndə heyəti adada biznes nümayəndələri və yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşməyi planlaşdırır.

Nümayəndə heyətinə ABŞ-ın həm Respublikaçı, həm də Demokratik partiyalarının nümayəndələri daxildir.

Xəbər xətti