Yaponiya Sahil Mühafizəsi Miyako adasının yaxınlığında Yaponiya özünümüdafiə qüvvələrinin itmiş UH-60 Black Hawk helikopterinin qalıqlarını tapıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Qeyd olunur ki, İrabu adası yaxınlığında, qonşu Miyakoda pərvanə parçaları, eləcə də ətrafa dağılmış yanacaq tapılıb.
Helikopter müntəzəm patrul xidməti üçün Miyako adasından havaya qalxıb. Uçuşun müddəti təxminən bir saat olmalı idi. Göstərilən ərazidə hava şəraiti normal olub. Helikopterin göyərtəsində 10 nəfər olub.
Yaponiya Sahil Mühafizəsi axtarış əməliyyatı aparmaq üçün adanın ərazisinə dörd patrul gəmisi göndərib.