Ermənistanda 2023-cü il mayın 1-dən iyulun 7-dək ehtiyatda olan hərbçilərin toplanışı keçiriləcək
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, aprelin 6-da keçirilən iclasda Ermənistan hökuməti qərar qəbul edib.
Qərara əsasən 2023-cü il mayın 1-dən iyulun 7-dək ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışlarının keçirilməsi planlaşdırılır. Yığımlara 2715-ə qədər şəxs cəlb olunacaq.
Toplanışa 2023-cü il mayın 1-dən iyulun 7-dək hərbi-nəqliyyat öhdəliyi daşıyan 278 ədədə qədər orqan avtomobili cəlb olunacaq.