İran və Səudiyyə Ərəbistanı səfirlik və konsulluqların açılması ilə bağlı əvvəlki razılaşmaları təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Feysəl bin Fərhan Əl Səud Pekində keçirilən danışıqların yekunlarına dair birgə bəyanatında deyilir.
Məlumata görə, tərəflər razılaşdırılmış vaxt çərçivəsində iki ölkənin səfirliklərinin açılması və Ər-Riyad və Tehrandakı səfirliklərin, Ciddə və Məşhəddəki konsulluqların açılması üçün lazımi tədbirlər görülməsi barədə razılığa gəliblər.
Bundan əlavə, Tehran və Ər-Riyad “iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi yolunda bütün maneələri aradan qaldırmağa hazır olduqlarını” vurğulayıblar. Onlar “regionun təhlükəsizliyini və sabitliyini təmin etmək” üçün istənilən sahədə əməkdaşlığı genişləndirmək niyyətindədirlər.