ABŞ PUA-larla mübarizə üçün Kiyevə eksperimental silah göndərəcək

11:51 - 6 Aprel 2023 - DÜNYA

ABŞ İran və Çin pilotsuz təyyarələri ilə mübarizə üçün Ukraynaya eksperimental silahlar göndərmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Defense One”ın jurnalisti Sem Skov SAIC dövlət podrat şirkətinin nümayəndələrinə istinadən yazır.

Məlumata görə, söhbət on anti-dron sisteminin tədarükündən gedir. Belə bir sistemin bir raundunun qiyməti 30 min dollardan azdır ki, bu da Ukraynanın istifadə etdiyi daha böyük hava hücumundan müdafiə raketlərindən xeyli ucuzdur.

Məqalədə deyilir ki, çərşənbə axşamı ABŞ Ukraynaya “10 lazerlə idarə olunan c-UAS mobil raket sistemi” də daxil olmaqla, hava hücumundan müdafiə yönümlü böyük hərbi yardım paketini elan edib.

Sınaqlar zamanı kompleksin 10 km məsafədə pilotsuz uçan aparatı aşkar etdiyi və 5 km məsafədə pilotsuz təyyarəni vurduğu dəqiqləşdirilir.

Kompleksə M240 pulemyot qurğusu və elektron müharibə sistemi daxildir.

Xəbər xətti