İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Hüseyn Əmir Abdullahyan və Feysəl bin Fərhan Əl Səud arasında danışıqlar cümə axşamı Pekində başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin Telegram kanalında məlumat verilib.
Nazirlər “iki ölkənin səfirlik və konsulluqlarının yenidən açılması ilə bağlı praktiki addımları”, həmçinin ikitərəfli münasibətlərin bəzi aspektlərini müzakirə edəcəklər.