Yaponiya İmperatoru İndoneziyaya rəsmi səfər edəcək

08:54 - 6 Aprel 2023 - DÜNYA

Yaponiya İmperatoru Naruhito 2023-cü ilin yayında İndoneziyaya rəsmi səfər planlaşdırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, səfərə hazırlıq üzərində iş gedir. İmperator iyunun sonunda Cakartaya səfər etməyi və İndoneziya prezidenti Coko Vidodo və xanımı ilə görüşməyi planlaşdırır.

Səfərin rəsmi və dostluq statusuna malik olacağı, eyni zamanda 2019-cu ildə taxta çıxan Naruhito üçün ilk belə səfər olacağı qeyd edilir.

Xəbər xətti