Ukrayna əks-hücum üçün 40 min döyüşçü hazırlayır
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, Ukrayna ordusu ümumi qüvvəsi 40 min nəfər olan 8 bölməni hücuma hazırlayıb.
Hücumu həyata keçirildiyi bölmələrin adları "Azov", "Polad Sərhəd", "Qasırğa", "Spartalı", "Çervona Kalina", "Cəbhə", "Fury" və "Kara Dağ"dır.
Agentlik qeyd edir ki, əməliyyat uğursuz olarsa, Qərb Kiyevi Rusiya ilə danışıqlara sövq edə bilər.