ABŞ-ın Ukraynaya hərbi yardımının məbləği 35 milyard dolları ötüb - Zaxarova

19:13 - 5 Aprel 2023 - DÜNYA

Ukraynada xüsusi əməliyyat başlayandan bəri ABŞ-ın Ukraynaya hərbi yardımının məbləği yeni silah paketinin təsdiqindən sonra 35 milyard dolları keçəcək.

Ucnoqta.az xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Qərb ölkələri Ukraynaya silah tədarük etməkdə davam edir, bütün dünyada xarici muzdlular toplamaqda, Ukraynadakı münaqişənin mümkün qədər uzun və qanlı olması üçün hər şeyi edir.

"Dünən Pentaqonun mətbuat xidməti Kiyevə 2,6 milyard dollarlıq yeni hərbi yardım paketinin ayrıldığını elan edib. Onun çərçivəsində Ukraynaya HIMARS, artilleriya mərmiləri, hava hücumundan müdafiə sistemləri, o cümlədən Patriot, NASAMS sistemləri, eləcə də "Qrad" və çoxsaylı buraxılış raket sistemləri üçün sursatlar tədarük ediləcək. Beləliklə, xüsusi hərbi əməliyyat başlayandan Amerikanın Ukraynaya hərbi yardımının məbləği 35 milyard dollardan çox olacaq. Bu, yalnız Amerikanındır”, – diplomat bildirib.

Xəbər xətti