Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan yaxın vaxtlarda İran prezidenti İbrahim Rəisi ilə görüşəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü İSNA agentliyi İslam Respublikası Məclisinin milli təhlükəsizlik komitəsinin üzvünə istinadən məlumat yayıb.
Məlumata görə, görüş ya İranda, ya da BƏƏ-də baş tutacaq. Görüşün tarixi hələ müəyyən edilməyib.
İddia edilir ki, Oman sultanı Haysham bin Tarek Al Səidin İslam Respublikasına səfəri tezliklə baş tuta bilər. Sultanın mümkün səfəri ilə bağlı başqa təfərrüatlar verilmir.