Rusiya Müdafi Nazirliyi son sutkada Ukrayna Ordusunun itkilərini açıqlayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib. Məlumata görə, Rusiya hava hücumundan müdafiə sistemləri bir gündə 13 HIMARS MLRS mərmisini, bir HARM antiradar raketini və Ukrayna Silahlı Qüvvələrinin 22 pilotsuz təyyarəsini məhv edib.
Konaşenkovun sözlərinə görə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 406 təyyarə, 228 helikopter, 3673 pilotsuz uçuş aparatı, 415 zenit-raket kompleksi, 8545 tank və digər zirehli döyüş texnikası, 1078 raket sistemləri döyüş maşını, 4504 səhra artilleriya və minaatan, o cümlədən 9302 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.