Türkiyə bu təyyarələr üçün hava məkanını bağladı

16:03 - 5 Aprel 2023 - DÜNYA

İraq-Süleymaniyeyə gedən təyyarələr Türkiyədən keçə bilməyəcək

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Türkiyə hava məkanı aprelin 3-dən etibarən eniş/uçuş üçün İraq Süleymaniyyə Beynəlxalq Hava Limanından istifadə edəcək təyyarələrin istifadəsinə bağlanıb.

Sözügedən qərar PKK terror təşkilatının Süleymaniyyədə fəaliyyətinin intensivləşdirilməsi, terror təşkilatının hava limanına soxulması və bununla da uçuş təhlükəsizliyini təhdid etməsi çərçivəsində qəbul edilib.

Qərarın 3 iyul 2023-cü il tarixinə qədər qüvvədə olacağı bildirilir.

Xəbər xətti