"İsveç NATO-ya üzv olmaq üçün əlavə addımlar atmalıdır" - Çavuşoğlu

15:37 - 5 Aprel 2023 - DÜNYA

İsveç NATO-ya üzvlük üçün bir sıra əlavə addımlar atmalıdır, çünki hazırkı addımlar kifayət deyil.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsseldə mətbuat konfransı zamanı bildirib.

“İsveçli həmkarım ilə Brüsseldə keçirdiyimiz görüşdə Stokholmun NATO-ya üzvlük prosesində atmalı olduğu addımlar mövzusunu qaldırdıq. Bəzi addımlar atılıb, lakin kifayət deyil. Əlavə addımlara ehtiyac var”, - Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Xəbər xətti