İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni növbəti dəfə Milanın San Raffaele klinikasına yerləşdirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb. Məlumata görə, o, ağciyərlərində yaranan problemlərə görə reanimasiyadadır. İtaliyanın keçmiş baş naziri kompyuter tomoqrafiyasından keçib.
86 yaşlı Berluskoni sonuncu dəfə tibbi müayinədən keçmək üçün keçən həftə Milan klinikalarından birinə yerləşdirilmişdi.