İran Müdafiə Nazirliyinin İsfahan şəhərində yerləşən hərbi zavoduna PUA hücumu həyata keçirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tasnim News məlumat yayıb.
Agentliyin iddiasına görə, "naməlum dron" hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
PUA Müdafiə Nazirliyi Kompleksinə yaxınlaşmaq istəyərkən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Zavoda hücum nəticəsində hər hansı tələfatın olmadığı deyilir.