Varşavada Prezident sarayında Polşa və Ukrayna prezidentləri Anjey Duda və Volodimir Zelenski arasında rəsmi görüş başlayıb.
Ucnoqta.az xəbər verir ki, Anjey Duda Polşanın ən yüksək dövlət mükafatlarından biri olan "Ağ Qartal" ordenini Ukrayna prezidenti Volodimir Zelenskiyə təqdim edib.
Məlumata görə, Prezident Zelenski Polşa ilə Ukrayna arasında münasibətlərin dərinləşdirilməsində xidmətlərinə, təhlükəsizliyə və insan hüquqlarının qorunmasında davamlılığa yönəlmiş fəaliyyətinə görə Ağ Qartal ordeni ilə təltif edilib.