İspaniya Kiyevə "Leopard" tankları göndərəcək

12:01 - 5 Aprel 2023 - DÜNYA

İspaniya hakimiyyəti aprelin ikinci yarısında Ukraynaya altı Leopard tankı göndərməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bunu çərşənbə günü Krallığın müdafiə naziri Marqerita Robles Televisión Española televiziyasına müsahibəsində deyib.

O, qeyd edib ki, Madrid artıq Kiyevə təhvil verməyi planlaşdırdığı daha dörd döyüş maşınının bərpasına başlayıb.

Eyni zamanda, nazir qırıcı təyyarələrin Ukraynaya ötürülməsi ehtimalını da istisna edib.

Xəbər xətti