Aİ Rusiyaya qarşı 11-ci sanksiyalar paketini müzakirə edəcək

10:22 - 5 Aprel 2023 - DÜNYA

Avropa İttifaqı bu həftəsonu qeyd olunan Katolik Pasxa bayramından sonra Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin tətbiqini müzakirə edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü “Politico” qəzetinin Avropa nəşri məlumat yayıb.

Üç avropalı diplomat qəzetə bildirib ki, "Pasxa həftəsonundan dərhal sonra" Avropa Komissiyası ilə Aİ səfirləri arasında məsləhətləşmələrin yeni mərhələsi planlaşdırılır.

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen 11-ci sanksiyalar paketinin onlardan yan keçməyin müxtəlif üsullarına qarşı yönəldiləcəyini bildirmişdi.

Xəbər xətti