ABŞ Ukraynaya raketdən müdafiə sistemləri və MLRS üçün döyüş sursatları da daxil olmaqla 2,6 milyard dollar məbləğində yeni hərbi yardım paketi təqdim edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yardım paketinə “Patriot” raketdən müdafiə sistemi, HIMARS MLRS, artilleriya mərmiləri, həmçinin NASAMS kompleksləri üçün döyüş sursatları, tanklar və pilotsuz uçuş aparatları üçün silahlar daxildir.