Finlandiya Baş Qərargahı qarşısında NATO bayrağı qaldırılıb

18:48 - 4 Aprel 2023 - DÜNYA

Finlandiya Silahlı Qüvvələrinin Baş Qərargahının binası üzərində Şimali Atlantika Alyansının bayrağı qaldırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin hərbi idarəsinin sosial şəbəkə hesabında məlumat paylaşılıb.

“Finlandiya NATO-nun üzvüdür. 4 aprel 2023-cü ildə Baş Qərargahın üzərində NATO bayrağı qaldırıldı. Finlandiyanın üzvlük NATO-nu daha güclü və Finlandiyanı daha təhlükəsiz edir”, - qeyd edilib.

Xəbər xətti